Domino Oyunu

  • Dünyada məhşur olan oyulardan biridə Domino oyunudur. Domino oyunun bilinən 47 variantı mövcuddur. Saytımızda bu oyunun yalnız bir variantı 101 oyunu kimi tanınan variantı hazırlanmışdır. Gələcəkdə saytımızda başqa Domino oyun variantları olarsa, onları bir oyun daxilində istifadə edə biləcəyik.

    Saytın rəsmi pul vahidi olan NI oyunda keçərlidir. Bu oyunda NI qazanmaqla saytın digər pullu funksiyalarından istifadə edəbilərsiniz. Digər oyunçularla mərcli oyun oynaya bilmək üçün sizin hesabınızda NI olmalıdır. Böyük məbləğlər oynanıldıqda böyükdə qazanclar əldə edilir. Oyunu mərcsizdə oynamaq mümkündür.

    Oyunda BOT yəni Robot oyunçular mövcuddur. Günün istənilən saatında onlarla oyun oynaya bilərsiniz. Bot oyunçularla mərcli oyun oynamaqda mümkündür. Botlarla oyun oynamaq üçün oyunu siz yaratmalısız və oyun yaradarkən oyunçu seçimi zamanı İnsanları deyildə Botları seçin. Müəyyən edilmiş bir robot, domino oyunu proqram təminatında insanlarla oyun oynamaq fəaliyyətini yerinə yetirməkdən cavabdeh olan avtomatik işçidir. Bir beyinə sahib deyil amma qazanmaq üçün kodlaşdırıldı.

    Oyundakı uğurlarınız sizə təcrübə qazandıracaq. Təcrübəniz çoxaldıqca oyun səviyyənizdə yüksələr. Oyunda səviyyənizin yüksək olması sizi digər oyunçulardan fərqləndirər belə ki, bir çox funksiyadan səviyyənizin böyüklüyünə görə ödənişsiz istifadə edə bilərsiniz.

    Chat oyun zamanı yalnız eyni oyunu oynuyan oyunçular üçün etibarlıdır. İzləyicilərin və kənar şəxslərin Chat-da olan söhbətləri görməsi mümkün deyil.

    Fırıldaqçılıq edənlər, saxta NI toplamağa çalışanların pul hesabları sıfırlanar və cəza alarlar.

    Oyun +12 yaş üstü insanlar üçün hazırlanmışdır. Program xüsusi olaraq NiNa.Az saytı üçün 2019-cu ildə yazılmışdır. Oyun istəyə bağlı olaraq tam pulsuz oynanıla bilər.

    Oyunla bağlı irad və təkliflərnizi bizə bildirə bilərsiniz.
    Öz sualınıza cavab tapa bilmədiniz?