İmperatorun şərəfinə parad - Selfi qadağası




Yaponiya İmperatoru Naruhitonun taxta çıxması ilə əlaqədar Tokioda təntənəli avtomobil paradı keçirilib.

NiNa.Az teleqraf.com-a istinadən xəbər verir ki, İmperator Naruhitonun və İmperatriçə Masakonun əyləşdiyi avtomobili müşayiət edən kortec yerli vaxtla saat 15:00-da əsas Saraydan çıxaraq Akasaka iqamətgahına doğru hərəkət edib. Məxsusi olaraq bu parad üçün hazırlanmış "Toyota Centry" avtomobilində əyləşən Əlahəzrət Naruhito və İmperatriçə Masako 4,6 kilometr uzunluğunda yolboyu düzülmüş paytaxt sakinlərini salamlayıblar.

İmperator kortecini əllərində kiçik bayraqlar tutmuş minlərlə Tokio sakini və paytaxtın qonaqları "Yaşasın Əlahəzrət İmperator!" şüarı səsləndiriblər.

Təntənəli paradla əlaqədar Tokio polisi tərəfindən çox güclü təhlükəsizlik tədbirləri görülüb. Marşrutun keçdiyi ərazidə avtomobillərin hərəkəti, tamaşaçılara isə selfi çubuqlarında və kvadrokopterlərdən istifadə qadağan edilib. Eyni zamanda, əraziyə böyük bayraqların, transparantların, alışqanların, böyük əşyaların, spirtli içkilərin və istənilən alüminim bankaların gətirilməsinə qadağa tətbiq olunub.

Tədbirlə bağlı təhlükəsizliyin təmin edilməsinə isə ümumilikdə hüquq-mühafizə orqanlarının 26 min əməkdaşı cəlb edilib.

Dünya    11    10.11.2019 / 22:20 PM

Bu xəbərləridə oxu