Namaz cədvəllərində gecəyarı vaxtı niyə göstərilir?




Namaz cədvəllərində gecəyarı vaxtının göstərilməsinin əsasən iki səbəbi vardır. Birincisi, bu, müstəhəb olan gecə namazının qılınma vaxtının bəlli olması üçündür. Belə ki, gecə namazının qılınma vaxtı gecəyarıdan sonra başlayır, daha yaxşı olar ki, bu namaz gecənin üçdən-ikisi keçdikdən sonra, gecənin son üçdən-bir hissəsində qılınsın.

NiNa.Az islam.az-a istinadən bildirir ki, ikinci səbəb isə vaxtında qılınmayan məğrib və işa namazlarının hökmü ilə bağlıdır. Belə ki, məğrib və işa namazları gecəyarıya kimi əda niyyəti ilə (yəni öz vaxtlnda və adi niyyətlə) qılına bilər. Amma hər hansı səbəb üzündən qılınmasa və gecəyarıdan sonraya qalsa, sübh azanına kimi nə əda, nə də qəza niyyəti edilmədən, "öhdəmdə olan məğrib (işa) namazını qılıram" niyyəti ilə qılmaq lazımdır. Gecəyarısı axşam Günəş batandan ertəsi gün sübh azanına kimi keçən vaxtın tən yarısı kimi hesablanır.

Din    9    10.11.2019 / 22:19 PM

Bu xəbərləridə oxu