Namaz insanı günahdan necə qoruyur?




"Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verənlərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar". ("Bəqərə" 277).

"Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm". ("Maidə" 12).

Əllamə Təbatəbai buyurur: "Quran deyəndə ki, namaz insanı günahdan qoruyur, o demək deyil ki, hər bir namazqılan məsum insandır. Bəlkə məqsəd odur ki, namaz qılan insan Allahı yada sala və Onun rübubi sifətlərinə diqqət edər. Nəticədə insanda günahdan uzaq olmaq hissi meydana gələr. Və ola bilsin ki, Allaha diqqətinin az olması günahlarının sayının çox olmasına səbəb olsun".

Bəli, namazın əsil vəzifəsi - ruhumuzu paklamaq və diqqətimizi Allaha tərəf çevirməkdir. Həqiqətdə namaz insanın imanını təcəssüm edir və onun mənəvi şəxsiyyətini kamala çatdırır. Namazın əsil vəzifəsi - Məbudu və Xaliqi bəndənin yadına salmaqdır.

O bəndə ki, namaza dayanar və təkbir deyər, Allahı hər şeydən üstün hesab edər. Onu rəhim və rəhman olaraq mədh edər.

Tarixdə oxuyuruq ki, günah və fəhşası ilə məşhur olan bir cavan Peyğəmbərə (s) iqtida edərək namaz qılır və nəhayət öz pis əməllərindən əl çəkir. Həzrət Peyğəmbər (s) onun haqqında buyurur: "Nəhayət namaz onu bir gün bu pis əməllərdən pak edəcəkdir".

Beləliklə. İnsan namazı agalıqla qıldıqda, Allah dərgahında olduğunun dərkini əldə edir və bu dərk gücləndikcə, onun ruhunda bir halət yaradır ki, həmin insanı günah və xəta etməkdən sığortalayır.

Din    16    10.11.2019 / 22:19 PM

Bu xəbərləridə oxu