Hansı hədis kitabları tam səhihdir və oradakı bütün hədislərə etibar etmək olar?




Ümumiyyətlə, bunu bilək ki, müsəlmanların əlində olan hədis irsi heç də bütünlükdə səhih deyildir. Zaman-zaman istər müsəlmanların düzgün yoldan azmasında maraqlı olan qüvvələr, istər hədisi rəvayət edən şəxslərin düzgün anlamaması və ya yaddaşsızlığı, istərsə də hədis kitablarını köçürən katiblərin səhvi üzündən xeyli qondarma, zəif və problemli hədislər meydana çıxmışdır. Bəzən məsumlarımız özlərini və tərəfdarlarını qoruyaraq, təqiyyə məqsədi ilə bəzi sözlər demişlər.

NiNa.Az islam.az-a istinadən bildirir ki, bütün bunları ayırd etmək, səhih hədisləri zəiflərdən ayırmaq mütəxəssislərin səlahiyyətinə aid olan işdir. Səhih hədis məcmuəsi kimi məşhur olan heç bir kitabın (istər sünni, istərsə şiə mənbəsi olsun) içindəki bütün hədislərin səhih olduğunu iddia etmək mümkün deyil. Sadəcə olaraq, səhih hədislərin sayına görə fərqlənən kitablar var. Əlbəttə, son zamanlarda bəzi alimlər müxtəlif mənbələrdən yalnız səhih bildikləri hədisləri bir kitabda toplamaqla məşğul olmuşlar. Lakin birincisi, bu kitablar, demək olar ki, dilimizə tərcümə edilməyib. İkincisi, həmin alimlərin bu işi də onların izlədiyi metodlara əsaslanır. Hədislərin dəyərləndirilməsindəki metodlar isə alimlərə görə dəyişə bilər.

Din    5    10.11.2019 / 22:18 PM

Bu xəbərləridə oxu