Ad gününü yasa çevirən qətlin TƏFƏRRÜATI




Ağcabədi Rayon Prokurorluğu dostunu ad günündə qətlə yetirən şəxslə bağlı məlumat yayıb.

NiNa.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağcabədi sakini 1988-ci il təvəllüdlü Cavid Quliyev noyabrın 7-si saat 17 radələrində dostu və qonşusu, 1974-cü il təvəllüdlü Kərim Sultanovun evində təşkil etdiyi doğum günü məclisinə gedib. Ziyafətdə olarkən dostlar arasında mübahisə yaranıb, Kərim Cavidi ağır söyüşlərlə təhqir edib.

C.Quliyev yaxınlıqda yerləşən öz evinə gedərək həyətdən qayçını götürüb və geri qayıdıb. Küçədə Kərimlə rastlaşıb və oradaca onun sinəsindən qayçı ilə bir zərbə vurub. Nəticədə, K.Sultanovun ürəyi zədələnib. Xəstəxanaya yerləşdirilsə də, əməliyyat zamanı vəfat edib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, C.Quliyev şübhəli şəxs qismində tutulub.

Kriminal    14    10.11.2019 / 21:37 PM

Bu xəbərləridə oxu