OnePlus 2020-ci ildə yeni smart saatlar buraxa bilər




Məşhur OnePlus markası 2020-ci ildə bazarda OnePlus Watch adlı öz smart saat modelini təqdim etmək niyyətindədir.

İstehsalçı hələ ki, bu istiqamətdəki işin hansı mərhələdə olduğunu açıqlamır, lakin ekspertlər əmindirlər ki, qacjet üzərində iş artıq praktiki olaraq başa çatıb. OnePlus Watch ağıllı saat modelinin rəsmi debütü qabaqcıl xüsusiyyətləri əldə etmiş olan OnePlus 8 və OnePlus 8 Pro smartfonlarının qarşıdan gələn təqdimatı çərçivəsində baş tuta bilər bilər.

Yenilik 8 geqabayt daxili yaddaş və 1 geqabayt RAM ilə güclü Qualcomm çipset alacaq. Çin istehsalıçıları qəsdən ağıllı saat OnePlus Watch modelinə aid olan hər hansı bir detalları açıqlamırlar.

Texnologiya    9    09.11.2019 / 21:18 PM

Bu xəbərləridə oxu