Qorxu üzərindən olan imanın dəyəri vardırmı?




Uca Allah insana çox sayda istedadlar və qabiliyyətlər vermişdir ki, onlardan hədəfi yolunda istifadə etsin.

İnsan bu cəhətdən bitkilərə və heyvanlara bənzəyir. Bir fərqlə ki, insan iradəsi üzündən qərar çıxardır. Ancaq bitkilər və heyvanlarda bu, təbii instinkt üzündən baş verir. Ona görə də insanın təkamül etməsi, başqa canlılar ilə müqayisə olunası deyildir. Allah istedadlarla yanaşı, insana ağıl da vermişdir ki, məhz onun yardımı ilə təkamül edə bilsin.

Başqa tərəfdən, Allah Təala peyğəmbərlərini (ə) göndərmiş və insan üçün qanunlar təyin etmişdir. Bu yolla onu doğru yola yönəltmiş və əyri yoldan çəkindirmişdir.

Qurani-Kərim buyurur ki, əgər Allah istəsəydi, bütün insanları məcburi şəkildə hidayət edərdi. "Əgər Allah istəsəydi, insanların hamısını (məcburi surətdə) hidayət edərdi?!". ("Rəd" 31).

Lakin O, bu işi görmədi və heç kəsi məcburi olaraq imana gətirmədi. Çünki belə bir iman dəyərsiz və mənasız olardı. İnsanın təkamül etməsinə ehtiyac qalmazdı.

Ona görə də deyə bilərik ki, Allah insana iradə və ixtiyar vermişdir ki, onun vasitəsilə təkamül etsin. Ona görə də deyə bilərik ki, məcburi imanın da heç bir dəyəri yoxdur. İnsan əgər özü dərk etmədən iman gətirərsə, onun Allah yanında heç bir dəyəri olmaz. Çünki həmin imanın, insanın halına faydası olmaz.

Hər bir insan istəsə də, istəməsə də imana malikdir. Bir fərqlə ki, öz ixtiyarı ilə seçdiyi iman Allah tərəfindən qəbul olunar. İnsanı dünya və axirət səadətinə tərəf yönləndirər. Ancaq məcburi və ya qorxu üzündən olan iman, Allah tərəfindən qəbul olunmaz və onun dərdinə faydalı olmaz. Çünki insan əzab görəndən sonra iman gətirər ki, bu imanın heç bir faydası olmaz.

"Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: "Biz ona (Qur'ana) iman gətirdik". Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır)". ("Səba" 52).

"(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar". ("Ənam" 28).

O zaman ki, Firon suda batmaq üzrə olur, üzünü göyə tutur və deyir ki, Allaha iman gətirdim. Lakin bu, həmin o imandır ki, qorxu üzündən deyilmişdir və heç bir dəyərə malik deyildir. Belə iman insanı tərəqqi etdirməz, əksinə süqut etdirər. (Beytutə)

Beləliklə deyə bilərik ki, Allah insana çox sayda istedad və qabiliyyətlər vermişdir ki, onların vasitəsilə təkamül edə bilsin. Ağlı və iradəsi ilə iman yolunu seçsin.

Əgər insan qorxu üzündən iman gətirərsə, belə imanın faydası və dəyəri olmaz. Həmin şəxsin təkamül etməsində rolu olmaz.

Din    11    02.06.2020 / 21:55 PM

Müəllif: NiNa.Az

Bu xəbərləridə oxu

chat, azeri chat, tanışlıq, tanisliq, çat, seks, sex