Bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil - Samir Şərifov




"Azərbaycanda bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil".

NiNa.Az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, ötən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib: "Bu, ilk növbədə "Bakı Metropoliteni" QSC-dir. Burada bildiyiniz kimi, gedişhaqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilir".

Nazir qeyd edib ki, "Azəristiliktəchizat" ASC-də də həmin cəmiyyət üçün müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır: "Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də "Azəristiliktəchizat" ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır".

Siyasət    10    02.06.2020 / 16:28 PM

Müəllif: NiNa.Az

Bu xəbərləridə oxu

chat, azeri chat, tanışlıq, tanisliq, çat, seks, sex