Bakıda avtomobil oğrusu saxlanılıb




Bakıda avtomobil oğrusu saxlanılıb.

Daxili İşlər Nazirliyindən NiNa.Az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Buta qəsəbə sakini T.Abbasov saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobil onun yaşadığı evin həyətində tapılıb.

Kriminal    12    10.11.2019 / 21:37 PM

Bu xəbərləridə oxu