NiNa.Az Giriş Qeydiyyat Şifrə bərpası
Gündəlik Bürclər | Ulduz falı | Bürclər haqqında | Gundelik Burcler
Menyu Tema: Dark-Orange

Bürc

- ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31 dənə şimal yarımkürəsində, 11 dənə ekvatorda və 46 dənə cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir.
Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə)
. Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. İnsanlar hələ qədimdən bəzi ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər. Onlar bu fiqurları Bürc adlandırmışlar. Bəzi bürclər asterizmlər adlanan bir vəya bir neçə ulduz qruplarının birləşməsindən əmələ gəlmişdir. Bir çox bürclərə əfsanəvi qəhrəmanların adı verilmişdir. Ulduzları asan müşahidə etmək və öyrənmək üçün ulduzlu səma 88 yerə bölünmüşdür.
Bunlardan 47-si qədim yunan əsatirləri ilə bağlıdır
. Şimal yarımkürəsinin səmasında Kassiopeya, Andromeda, Peqas, Persey, Orion, Böyük Ayı bürcləri parlayır. Bürclərdən biri də qədim yunan əsatirinin qəhrəmanı Herkulesin adını daşıyır. Şir və Hidra bürcləri Heraklın əfsanəvi igidliyini xatırladır. Peqas (qanadlı at), Əkizlər (Zevsin oğulları Kastor və Polluks) də əfsanəvı adlardır. 17-ci əsrdə yeni bürc adları meydana gəldi:

Tovuz, Tukan, Hindli, Cənnət quşu

və s. Bu adlar avropalılara kəşf etdikləri yeni ölkələrin özünəməxsus xüsusiyyətlərini xatırladırdı. 18-ci əsrdə astronomlar bir çox bürclərə ad verdilər: Saat, Mişar, Kompas, Teleskop, Soba və s. Zodiak bürcləri isə xüsusi yer tutur.

Zodiak

yunan sözü olub,"vəhşi heyvanlar" deməkdir. Zodiakda 12 bürc yerləşir:

ƏKİZLƏR, TƏRƏZİ, DOLÇA, QIZ, OĞLAQ, ŞİR, QOÇ, XƏRÇƏNG, BALIQLAR, ƏQRƏB, OXATAN, BUĞA

. Maraqlıdır ki, Günəş ilboyu məhz onların fonunda yerini dəyişir,və hər bürcdə təqribən 1 ay olur. Möhkəm yadda saxlamaq lazımdır ki, bürclər səmada yalnız görünən parlaq ulduz qruplarıdır. Əslində isə kainatda eyni bürcün ulduzları bir-birindən çox uzaqda yerləşə bilər. Əsas bürcləri tanımaq dənizçi, səyyah, təyyarəçi, geoloq üçün çox lazımdır. Çünki bürclər gecə vaxtı nabələd yerdə düzgün yol tapmağa kömək edir. Siz `bürc` sözünün memarlıqda işlədilən mənasına da rast gələ bilərsiniz. Bu bürclər qədim şəhər hasarlarının üzərində tikilən müşahidə və müdafiə qurğularıdır. İri qəsr və qalaların künclərində tikilən dairəvi hündür çıxıntılara da bürc deyilir. Bakının İçərişəhər qala divarlarının, Mərdəkan və Ramana qalalarının bürcləri ən gözəl memarlıq nümunələrindəndir.